...

"Azərenerji" Bakıdakı yarımstansiyanı söküb

Energetika Materials 25 Aprel 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azərenerji" Səhmdar Cəmiyyəti Bakının Nərimanov rayonundakı Səttarxan adına zavodun ərazisində yerləşən 110/6 kilovoltluq yarımstansiyanı söküb. Bu barədə "Azərenerji"nin mətbuat xidməti məlumat yayıb.

Müvafiq işlər üçün öncədən texniki-təkşilati tədbirlər planı hazırlanıb. Birinci mərhələdə 110 voltluq elektrik xətlərinin və anker dirəklərinin demontajı həyata keçirilib. Bu işlər "Azərenerji"nin öz ehtiyatları hesabına maliyyələşdirilir.

2008-ci ildə həmin ərazidə yeni müasir 35 kilovoltluq yarımstansiyanın inşası planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti