...

Rusiyanın ticarət nümayəndəsi: "Rusiya RAO EES" Azərbaycanın enerji paylaşdırıcı şəbəkələri ilə maraqlanır

Energetika Materials 25 Aprel 2007 14:48 (UTC +04:00)
Rusiyanın ticarət nümayəndəsi: "Rusiya RAO EES" Azərbaycanın enerji paylaşdırıcı şəbəkələri ilə maraqlanır

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Maydan etibarən Rusiya elektrik enerjisinin Azərbaycana çatdırılmasının bərpa olunacağı gözlənilir. Bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin məlumat verib.

"Çatdırılmalar yeni tariflərin müyyən olunacağı yeni saziş əsasında həyata keçiriləcək", deyə o bildirib.

Elektrik enerjisinin çatdırılması ilə bağlı mövcud olan saziş ümumilikdə 2007-ci il üçün hesablanıb. Lakin tariflər birinci rüb üçün qəbul olunub. Rusiyadan Azərbaycana birinci rübdə elektrik enerjisinin idxalı 2006-cı ildə tətbiq olunan - 1 kVt/saata 3,636 sent tarifi ilə həyata keçirilir. Azərbaycan elektrik enerjisinin Rusiya üçün satış qiyməti 1 kVt/saat üçün 1,58 sentdən 1,8 sentədək artırılıb. Pik saatlarında (axşam saat beşdə) Azərbaycanda elektrik enerjisinin defisiti müşahidə olunanda Rusiya tərəfi Azərbaycana 200-250 MVt gücündə elektrik enerjisi verir.

"Rusiya EES" RAO-nun Azərbaycandakı planlarına toxunan Şedrin məlumat verib ki, şirkət Azərbaycanın iri SES-in altı enerji blokunun yenidən qurulması layihəsində iştirak etmək niyyətindədir.

"Bu layihə bizim üçün olduqca maraqlıdır", deyə o bildirib.

Onun sözlərinə görə, "Rusiya RAO EES" həmçinin Azərbaycanın enerji paylaşdırıcı idarələri ilə də maraqlanır və artıq bu münasibətdə təqdimat həyata keçirib.

"Lakin Türkiyənin "Barmek" şirkətinin Bakı və Sumqayıtın elektrik şəbəkələrinin idarə olunmasındakı uğursuz təcrübəsi ilə əlaqədar Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi bu məsələnin baxılması ilə bağlı gözləmək qərarını verib", deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti