...

BP: BTC kəmərinin dayandırılması "Azəri-Çıraq-Günəşli" yatağında neftin çıxarılmasına təsir etməyib

Energetika Materials 27 Aprel 2007 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Türkiyə ərazisində Bakı-Tiflis-Ceyhan kəmərindən qanunsuz istifadənin qarşısının alınmasına görə, neft verilişinin dayandırılması kəmərin fəaliyyətinin təsir etməyib. Layihənin operatoru olan BP Azerbaijan şirkətindən cümə günü verilən məlumata görə, kəmər qısa müddətə dayandırılıb.

"Neftin göndərişinin dayandırılmasına baxmayaraq "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarında neft hasilatı dayandırılmayıb. Yataqlardan hasil olunan neft Sanqaçal terminalında yığılıb",-deyə bildirilib.

Şirkət nümayəndələrinin sözlərinə görə hazırda kəmərlə ixrac normal rejimdə davam etdirilir.

Kəmər dayandırılana qədər onunla sutka ərzində 830 ton neft ixrac olunurdu.

Yanvar - mart aylarında Bakı-Tiflis-Ceyhan kəməri ilə 5,79 mln. ton neft ixrac olunub. Mart ayında BTC kəməri ilə 2,146 mln. ton neft ixrac olunub (15 tanker). Bu istiqamətdə neft ixracı 2006-cıl ilin iyunundan başlayıb.

Xəbər lenti

Xəbər lenti