...

Azərbaycan Dövlət Neft Şirkəti yeni inzibati bina tikəcək

Energetika Materials 1 May 2007 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Cənubi Koreyanın "Heerim Architects Ltd" şirkəti ARDNŞ-in yeni inzibati binasının layihəsini hazırlaycaq. Bu barədə ARDNŞ-dən məlumat veriblər.

Sözügedən şirkətin seçilməsində onun konsepsiyasının müasirliyə, əlverişli funksional xüsusiyyətlərə, Bakı şəhərinin arxitekturasına və ARDNŞ-in texniki şərtlərinə cavab verməsi xüsusi rol oynayıb.

Yeni binanın inşası Koreya şirkətinin nəzarəti altında azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcək. ARDNŞ artıq Heydər Əliyev prospektində binanın tikintisi üçün torpaq sahəsi alıb.

Hazırda layihə-smeta işləri aparılır. 2 min adamın çalışacağı binanın ümumi ərazisi 59 min 102 kv.m təşkil edir (yeraltı hissə 18 300 kv.m, yerüstü hissə 40 802 kv.m). Yeni inzibati binada konfrans-zallar, qonaq otaqları, kompakt sosial-məişət obyektləri, yeraltı və yerüstü dayanacaqlar, avtonom texniki sahələr və idman qurğularının yer alacağı planlaşdırılır.

2 yeraltı və 35 yerüstü mərtəbəyə malik binanın hündürlüyü 149,4 metr olacaq.

Xəbər lenti

Xəbər lenti