...

Azərbaycan Dövlət Neft Şirkəti 2 milyon tondan çox neft ixrac edib

Energetika Materials 3 May 2007 18:42 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Yanvar-apreldə Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) müxtəlif istiaqəmtlərdə 2,2 mln. tondan çox neft ixrac edib. Bu barədə cümə axşamı ADNŞ-in marketinq və iqtisadi əməliyyatlar idarəsindən məlumat verilib.

ADNŞ Bakı-Novorossiysk boru kəməri vasitəsilə yanvar-apreldə 183,4 min ton neft ixrac edib. Apreldə ADNŞ tenderdə Glencore treyderinə Novorossiyskdən 62 min ton neft satıb. Partiya limandan 24-25 apreldə yüklənməli idi, lakin yüklənmə may ayına təxirə salınıb.

Bakı-Supsa boru kəməri vasitəsilə yanvar-apreldə boru kəmərində təmir işlərinin aparıldığına görə neft yüklənməyib. Gürcüstanın Batumi limanı istiqamətində dəmir yolu vasitəsilə ADNŞ-in 160 min 594 ton nefti ixrac olunub.

Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ADNŞ-in 1 mln. 874,507 min ton nefti ixrac olunub.

Xəbər lenti

Xəbər lenti