Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Ani Daskuptun başçılığı altında Dünya Bankının (DB) missiyası mayın 4-də Abşeron yarımadasının neft-qazla çirklənmiş torpaqlarının ekoloji reabilitasiyası layihəsinin birinci identifikasiyasını başa çatdırır. Bu barədə cümə günü bankın Bakı nümayəndəliyindən məlumat verilib. Bank ekspertlərinin Bakıya səfəri aprelin 30-da başlayıb.
İqtisadi layihə üzrə DB missiyasının birinci tanışlıq səfəri fevralda baş tutub, lakin layihəyə hazırlıq hazırkı səfər çərçivəsində başlayıb.
"Səfərin məqsədi problem haqqında ümumi təsəvvür yaratmaq və onun həllində mümkün köməyin göstərilməsi yollarını öyrənmək üçün Azərbaycan hökumətinin rəy və təklifləri ilə tanış olmaqdır", deyə bankın nümayəndəliyindən bildirilib.
Abşeronun neft-qazla çirklənmiş torpaqlarının təmizlənməsinə ölkə üzrə Dünya Bankının strategiyasında Azərbaycana 50 mln. dollar kreditin ayrılması nəzərdə tutulub.
Bu istiqamətdə texniki dəstək göstərilməsinin mümkün olmasını nəzərə alaraq, bu halda böyük olmayan kredit ayrıla bilər. Bu proqram çərçivəsində ölkə hökumətinin büdcə vəsaitləri hesabına böyük olmayan maliyyə həcmini təqdim edəcəyi gözlənilir. Bununla yanaşı, təmizlənmiş torpaqlardan neftin reallaşdırımasından əldə olunan gəlirlər də gələcək xərclərin ödənilməsinə istiqamətləndirilə bilər.
İlkin qiymətləndirmələrə əsasən, Azərbaycanda çirklənmiş torpaqların miqyası 10 min hektardan 30 min hektaradək təşkil edir. Təmizlik işlərinin aparıldığı digər ölkələrdən Azərbaycanın fərqi ondan ibarətdir ki, kiçik ərazidə neft-qaz çirklənməsinin böyük konsentrasiyası var.
PSA çərçivəsində aparıcı ekoloji standartlara riayət olunur və buna görə də cari çirklənmə praktiki olaraq baş vermir. Bu əsrlərlə yığılmış çirklənmələrdir və təmizlənməsi üçün yüzlərlə milyon dollar tələb olunur. DB-nin ekspertləri belə hesab edir.