...

Ekspert: "Ukraynanın Xəzəryanı qaz kəməri layihəsində iştirakı ölkə üçün gəlirli olacaq"

Energetika Materials 17 May 2007 15:11 (UTC +04:00)
Ekspert: "Ukraynanın Xəzəryanı qaz kəməri layihəsində iştirakı ölkə üçün gəlirli olacaq"

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Xəzəryanı qaz kəmərinin tikintisi layihəsində Ukraynanın iştirakı istənilən halda ölkə üçün gəlirli olacaq. Bu barədə Kiyevdə "Sokrat" investisiya-maliyyə qrupunun departament direktoru Konstantin Lesniçi bəyan edib.

Ekspertin sözlərinə görə, Ukraynanın maşınqayırma müəssisələri və boru istehsalı üzrə müəssisələrinin bu layihədə iştiraka cəlb olunacağı çox ehtimal olunur. O cümlədən o qeyd edib ki, Ukraynanın Frunze adna QHT-si sifariş ala bilər. Belə ki, o qazın vurulması üçün kompressor istehsal edir. Xartsizski boru zavodu həmçinin böyük diametrli boruların çatdırılması sifarişlərini yerinə yetirə bilər.

Lesniçi qeyd edib ki, Xəzəryanı qaz kəmərinin tikintisi layihəsində Ukraynanın bu cür iştirakı daha çox mümkündür. Bu layihənin təsisçisi kimi ölkənin iştirakına gəlincə, ekspert şübhələrini bildirib.

"Fikirləşirəm ki, Xəzəryanı qaz kəmərinin tikintisi haqqında bəyan edən ölkələr özlərini kifayət qədər təmin edə bilir, buna görə də onlar Ukraynanın bu layihədə təsisçi kimi iştirakında çox da maraqlı deyil" - deyə Lesniçi bildirib. "Əgər Ukryana təsisçi kimi deyil, bəzi işlərin yerinə yetirilməsində podradtçı kimi çıxış etsə, istənilən halda bu, Ukrayna, o cümlədən maşınqayırma və boru istehsal edən müəssisələr üçün müsbət olacaq".

Mayın 12-də Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri Türkmənistanda Xəzəryanı qaz kəmərinin tikintisi haqqında deklarasiya imzalayıb. Deklarasiyaya uyğun olaraq milli hökumətlər 1 sentyabr 2007-ci il üçün Xəzəryanı qaz kəmərinin tikintisi haqqında hökumətlərarası sazişin mətnini hazırlamalıdır. Bununla yanaşı, tərəflər bu layihəyə digər ölkələrin də cəlb olunması imkanlarını istisna etmirlər.

Mayın 16-da Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko bəyan edib ki, Ukrayna Xəzəryanı qaz kəmərinin tikintisi haqqında sazişin iştirakçısı ola bilər.

Nazirin fikrinə görə, bu ölkələr tərəfindən hansı sazişin imzalanacağından asılı olmayaraq, Avropaya qaz və neft Ukraynadan gedəcək.

Xəbər lenti

Xəbər lenti