...

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib

Energetika Materials 17 May 2007 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. Daha öncə olduğu kimi, Dövlət Neft Fondunun Müşahidə Şurasına ölkənin baş naziri Artur Rəsizadə rəhbərlik edir. Müşahidə Şurasının tərkibində Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Heydər Babayev, Milli Bankının İdarə heyətinin sədri Elman Rüstəmov, Milli Məclisinin İqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov təmsil olunub.

Fərman mayın 16-dan qüvvəyə minir, müvafiq olaraq 2001-ci ilin 27 dekabrında verilmiş fərman qüvvədən düşüb.

Xəbər lenti

Xəbər lenti