...

Azərbaycan neftinin qiyməti: 14-18 may həftəsinin yekunları

Energetika Materials 21 May 2007 15:27 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 14-18 may həftəsinin yekunları

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/14-18 may həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $69,16/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,71/barr və ya 5,6 faiz çoxdur.

14-18 may həftəsində AZERI LT neftinin maksimal qiyməti $70,43/barr, minimal qiyməti isə $68,64/barr tiəşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

14-18 may həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $64,02/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,08/barr və ya 6,8 faiz çoxdur.

14-18 may həftəsində URAL neftinin maksimal qiyməti $65,12/barr, minimal qiymət isə $62,59/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

14-18 may həftəsində Brent Dated neftinin orta qiyməti $67,78/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,85/barr və ya 6 faiz çoxdur.

Brent neftinin maksimal qiyməti $69,25/barr, minimal qiymət isə $65,85/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti