...

Energetika naziri: Gürcüstan Avropaya mümkün qədər çox qaz tədarük olunmasını təmin etməlidir

Energetika Materials 25 May 2007 18:04 (UTC +04:00)
Energetika naziri: Gürcüstan Avropaya mümkün qədər çox qaz tədarük olunmasını təmin etməlidir

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Avropa və Azərbaycan əlaqələrində Gürcüstan az əhəmiyyətli yer tutmur və bu, dövlətin tranzit ölkə kimi rolunu daha da artırır. Bunu cümə günü "Gürcüstanın energetika və infrastruktur təhlükəsizliyi məsələlərində Avroatlantik perspektivlər" konfransında energetika naziri Nika Qilauri bildirib. Konfransda ABŞ, Böyük Britaniya, Litva, İraq və digər ölkələrdən energetika sahəsi nümayəndələri və ekspertlər iştirak edib.

Qilauri bildirib ki, Gürcüstan Avropaya mümkün qədər çox enerji nəql olunmasını təmin etməlidir.

"Avropa istədiyi həcmdə qaz ala bilmədiyinə görə qorxu və narahatçılıq keçirməməlidir", - deyə o əlavə edib.

Nazir enerji təhlükəsizliyinin təmin olunmasında Gürcüstanın əhəmiyyətini qeyd edib.

"Son zamanlar Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında müəyyən addımlar atılıb. Qışda lazımı qədər elektrik enerjisi istehsal edilməsi təmin olunub, alternativ qaz təchizatı mənbələri tapılıb. Gürcüstan Rusiya, Azərbaycan və İrandan qaz ala bilir", - deyə Qilauri bildirib.

Nazir yaxın zamanlarda ölkənin enerji təhlükəsizliyi məsələsini tam həll edəcək bir məsələ - qaz anbarı tikilməsinin vacib olduğunu da bildirib.

Xəbər lenti

Xəbər lenti