...

Braziliyanın Petrobras şirkəti Qazaxıstan və Azərbaycanın neft bazarına daxil olmaq istəyir

Energetika Materials 29 May 2007 17:24 (UTC +04:00)

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ Braziliyanın dövlət şirkəti Petrobras-ın Azərbaycan və Qazaxıstanın neft bazarına daxil olmaq planları var. Bunu şirkətin icraçı direktoru Samir Passos Avad bildirib.

Bizim birinci vəzifəmiz neft kəşfiyyatı və hasilatı sahəsində Qazaxıstan hakimiyyəti ilə əlaqə yaratmaqdır", - deyə Samir Passos Avad söyləyib.

O söyləyib ki, onlar üçün ən böyük marağı Xəzərin şelf zonası təşkil edir.

"Biz dünyanın digər ölkələrində olduğu kimi, ya aktiv almaq, ya da alyans qurmaqla birgə çalışmaq istəyirik",-deyə o əlavə edib.

Petrobras Latın Amerikasında olan ən böyük və qitədə ən çox gəliri olan şirkətlərdən biridir. Hazırda onun neft ehtiyatları 12,6 mlrd. bareldir. Əsasən 35 ildir dənizdə işləyən şirkət gündə təqribən 2 mln. barel neft hasil edir. Bunun da 1 mln. bareli dənizdə çıxarılır.

Ötən il şirkət özünəməxsus rekord vurub: Rie-de-Janeyrodan şimal -şərqdə, sahildən 200 km uzaqlıqda Kampus hövzəsində qazılmış quyunun maililiyi 6915, metr yaxud vertikal dərinliyi 6740 metr təşkil edib.

"Biz hər il neft hasilatının yaxşılaşdrılmasına 500 mln. dollar sərf edirik. Digər şirkətlərə də nou-hau və təcrübəmizi təklif etməyə hazrıq",-deyə Samir Passos Avad izah edib.

Braziliya şirkətinin nümayəndəsi şirkətin Qazaxıstanla bağlı planlarında kifayət qədər optimistdir. O söyləyib ki: "40 il öncə bizə Nigeriyanın bahalı neft bazarına daxil olmaq çətin olduğu kimi, indi də Qazaxıstan bazarına daxil olmaq çətindir. Əlbəttə ki, biz sizə bir az gec gəlmişik, amma hesab edirəm ki, şansımız var".

Azərbaycanla bağlı isə şirkət nümayəndəsi bildirib: "Bizim bu ölkənin də neft-qaz bazarına daxil olmaq barədə planlarımız var və burda artıq hakimiyyətlə əlaqələr qurmuşuq".

"Nəyə görə Petrobras Azərbayacan və Qazaxısztana diqqət ayırmaq qərarına gəldi" sualına isə müsahib belə cavab verib: "1998-ci ildən şirkət beynəlxalq bazarda kifayət qədər aqressiv çıxış edib. Əvvəlcə biz Afrika sahillərində və Meksika körfəzində təcrübə topladıq. Hazırda isə bizim inkişaf strategiyamız Asiya bazarlarına çıxışı nəzərdə tutur. Asiya bazarında ən mühim neftçıxaran ölkə Qazaxıstan, Xəzər hövzəsində isə Azərbaycandır".

Bununla yanaşı Petrobras nümayəndəsi qeyd edib: "Birincisi, rəqabətdən qorxmaq lazım deyil. Ikincisi isə, Braziliya və Qazaxıstan hökumətləri əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparırlar ki, bu da bizim bazara daxil olmağımız üçün siyasi zəmin ola bilər".

Petrobras nümayəndəsi şirkətin artıq Asiyada, xüsusilə Türkiyə, İran, Pakistan və Çində işlədiyini bildirib.

"Qazaxıstan və Azərbaycan isə bizim daxil olmaq istədiyimiz sovet ölkələrindən birincisidir".

Ikinci məqsəd isə Azərbaycan və Qazaxıstanda bioetanol istehsalına yardım etməkdir. Məsələn, Braziliyada istehsal olunan bütün etanol Petrobras vasitəsilə ixrac olunur. Ötən il şirkət tərkibində 5 faizli bioloji yağ olan solyarka istehsalına başlayıb. Şirkət uğurlu fəaliyyət göstərəcəyi təqdirdə 2008-ci ildən bu yanacağı satmaq niyyətindədir.

Braziliyalı nümayəndənin sözlərinə görə, Petrobras artıq İtaliya və Portuqaliya ilə ildə 300 min ton biodizel tədarük olunması barədə müqavilə bağlayıb. Perspektivdə isə tərkibində 10 fazi bitgi yağı olan yanacağın istehsalı var.

Amerikanın ExxonMobil şirkətinin məlumatlarına əsasən, 2030-cu ildə enerjidaşıyıcılarının ümumi strukturunda bioetanolun payı 2 faiz təşkil edəcək. Energetika üzrə beynəlxalq agentlik isə 2030-cu ildə ənənəvi yanacağın 20 faiznin bioanalogiyasının olacağını bildirir. Buna müanasibət bildirən Samir Passos Avad cavab verib ki: "Hər bir şirkətin öz proqnozları var. Istənilən halda isə bioyanacağın istifadə olunması sərfəlidir. Bu gün bizim biodizel və bioetanol il ərzində 400 min barel nefti əvəz edir ki, bu da doğurdan da kifayət qədər böyük qənaətdir".

"Qazaxcıstanın da Baraziliya kimi kifayət qədər böyük ərazisi və özünəməxsus iqlimi var. Burda siz tərəvəz və taxıldan bioetanol istehsal edə bilərsiniz. Mən hesab edirəm ki, neftin bareli 70, benzinin bareli 80 dollar olduğu halda bu haqda düşünmək olar. Biz ki, təcrübəzmizi sizinlə bölüşməyə hazırıq", - deyə o yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti