Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) özəl elektrik stansiyalarının (Independent Power Plant) tikintisi üçün Azərbaycana texniki yardım edəcək. Bunu çərşənbə axşamı Azərbayacanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
Aprel ayında nazirlik bu cür stansiyaların texniki iqtisadi əsaslandırılması barədə Koreyanın KERKO dövlət şirkəti ilə qarşılıqlı anlaşma mümorandumu imzalayıb.
Babayevin sözlərinə görə, stansiyaların gücü 500-1000 MVt təşkil edəcək.
Tikinti üçün yerlər isə Ələt, yaxud Sumqayıt ola bilər.