...

ARDNŞ ABŞ Ticarət Nazirliyinin neft kəmərləri ilə bağlı təşkil etdiyi görüşdə iştirak edəcək

Energetika Materials 13 İyun 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İyulun 21-dən avqustun 18-dək ABŞ-da "Neft kəmərləri" mövzusunda görüş keçiriləcək. ARDNŞ-dən verilən məlumata görə, bu görüş ABŞ Ticarət Nazirliyinin Amerika xüsusi işgüzar təcrübəsi proqramı tərəfindən təşkil olunub.

Görüşdə MDB ölkələrindən neft kəmərləri üzrə 18 mütəxəssis, o cümlədən ARDNŞ-in investisiyalar idarəsinin baş mütəxəssisi Mirzə Nəsirov iştirak edəcək.

Proqramın məqsədi MDB ölkələrinin iqtisadiyyatlarının restrukturizasiyasına yardım göstərməkdir. Amerika xüsusi işgüzar təcrübəsi proqramı çərçivəsində orta və yüksək təbəqə menecerləri ilə ABŞ-ın kiçik, orta və iri şirkətlərinin, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında təcrübə mübadiləsi aparılır.

Xəbər lenti

Xəbər lenti