...

ARDNŞ "Neft daşları" yatağı üçün yeni patformanın tikintisinə başlayıb

Energetika Materials 22 İyun 2007 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Cümə günü ARDNŞ-dən verilən məlumata görə, ARDNŞ "Neft daşları" yatağında tikilmiş yeni 2387 saylı platforma vasitəsilə 12 quyu qazacaq. Quyular ilin sonuna qədər istismara veriləcək. Hazırda yuxarı hissədə yerləşən qurğuların və texniki avadanlığın quraşdırılma işləri aparılır. 45 metr hündürlüyü olan bloklar suyun 23,5 metr dərinliyində quraşdırılıb.

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, "Neft daşları" yatağından neft hasilatı bir il ərzində 821 min tondan 1,2mln. tona çatdırılmalıdır. Bu məsələnin həlli üçün yataqda altı bloklu 1887 saylı platforma quraşdırılıb ki, bunun da köməyilə 36 quyu qazılacaq.

Geoloqların hesablamalarına görə, bu quyulardan gün ərzində 1000 ton neft çıxarılacaq.

Bu il bu platformanın istismara verilməsi nəticəsində yataqda neft hasilatının 920 min tona çatdırılması planlaşdırılır.

H.Əliyev adına Bakı Dərin Dəniz Özülləri Zavodunda "Neft Daşları" yatağı üçün yeni platformanın tikintisi aparılır. 2415 saylı platforma iki blokdan ibarət olacaq. Onlardan biri artıq hazırdır. "Neft daşları"nda 6 platforma və 78 quyu tikilib. Quyular hələ neft çıxarılmayan bloklarda qazılacaq.

Xəbər lenti

Xəbər lenti