...

ARDNŞ Ceyhandan neft partiyasının satışına dair tenderi qapalı elan edib

Energetika Materials 4 İyul 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhan limanına çatdırılan Azeri Light markalı neftin satışına dair tenderi qapalı elan edib. Bu barədə çərşənbə günü ARDNŞ-dən verilən məlumatda deyilir.

Tenderin qalibi Yeni Zelandiyanın Sumato Energy Group Ltd treyderi olub.

Satılan neft partiyasının həcmi 1 mln. barel (yaxud da 135 min ton) təşkil edəcək. Yüklənmə iyulun 24-26-na planlaşdırılır.

İyulun 2-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $72,90/barel (əvvəlki qiymətlə müqayisədə $0,20/barel azalıb) təşkil edib.

ARDNŞ neftini 2007-ci ildə Ceyhandan bu şirkətlər alıb:

Glencore Energy UK Ltd - yanvar (1 mln. barel);

VİLMA OİL S.L - yanvar - fevral (1 mln. barel);

Select Energy GmbH - fevral (600 min barel);

Select Energy GmbH - fevral-mart (1 mln. barel);

Glencore Energy UK Ltd - mart (1 mln. barel);

Addax - mart (1 mln. barel);

Sumato Energy - aprel (1 mln. barel);

Select Energy - aprel (1 mln. barel);

Arcadia - may (2 mln. barel);

OMV Supply may (1 mln. barel);

Vitol - iyun (1 mln. barel).

Shell- iyun (1 mln. barel);

Sumato Energy - iyul (1 mln. barel).

Xəbər lenti

Xəbər lenti