...

ARDNŞ geofiziki materialların emalı üzrə BP şirkəti ilə danışıqlar aparır

Energetika Materials 9 İyul 2007 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ ARDNŞ-in Geofizika və Geologiya İdarəsi Şahdəniz-Abşeron-Zəfər-Məşəl-Oğuz sahəsi üzrə 5 min km həcmində köhnə geofiziki materialların emalı üzrə BP şirkəti ilə danışıqlar aparır. Bu barədə bazar ertəsi ARDNŞ-dən məlumat verilib.

Bu işlərin görülməsi üçün köhnə geofiziki seysmik materialların rəqəmsal sistemə keçirilməsini təmin edən 3490 sistemi, həmçinin çöl şəraitində seysmik yazıların emalı və keyfiyyətinə nəzarətin həyata keçirilməsi üçün SPW sistemindən istifadə olunması nəzərdə tutulur.

Birinci sistem vasitəsilə Zərdab-Sorsor sahəsi üzrə materialların emalı və interpretasiyası həyata keçirilib. Ikinci sistem isə "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Muradxanlı" layihəsində istifadə olunacaq.

Geofizika və Geologiya İdarəsi çöl geofiziki işlər aparmaq məqsədilə müşahidə sistemləri ilə seysmik kəşfiyyat işləri həyata keçirməyə imkan verən xeyli sayda avadanlıq alıb. INPUT/OUTPUT (I/O) seysmik kompleksi, 3D müşahidə sistemləri, PS-ProMax 2D/3D avadanlıqları əldə olunub.

Avqust ayında dəniz-quru keçid zonalarında yüksək səviyyədə 3D seysmik işləri aparmaq üçün I/O kompleks avadanlıqları gətiriləcək. Həmçinin, BP və digər şirkətlərin sifarişlərini yerinə yetirmək üçün "TACER" və "ASEP" şirkətlərindən dəniz şəraitində işləyən mədən geofizika üçün iki dəst cihaz və qaldırıcı avadanlıqlar alınaraq gətiriləcək.

Xəbər lenti

Xəbər lenti