Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ ARDNŞ-dan verilən məlumata görə, Azərbaycanın Dövlət Neft Şirkəti çərşənbə günü Heydər Əliyev adına Bakı neft emalı zavodunda növbədənkənar təmirə dayanmış kataliz krekinqi qurğusunda avtomobil benzini və maye qazın istehsalını bərpa edib.
Qurğu il ərzində 2 mln. ton xammal istehsal etmək gücünə malikdir. Qurğu ölkədəki istehlakçıları benzin və maye qazla təmin edir. Orta hesabla qurğuda gün ərzində 400-500 ton maye qaz istehsal olunur.
Kataliz krekinqi qurğusunun işinin dayandırılması neftin birbaşa olaraq ixrac edilməsinə gətirib çıxarmışdı. İyul ayında ARDNŞ "Bakı- Novorossiysk" kəməri vasitəsilə neft ixracını iki dəfə artırmaqla 164 min tona çatdırıb. Neftin əlavə həcmi artıq iyul ayında ARDNŞ-dan 84 min ton neft alan "Oil Refineries LTD" İsrail şirkəti tərəfindən təqdim olunacaq.