...

"Chevron" Xəzər dənizində yerləşən "Kəpəz" yatağının işlənməsi ilə maraqlanır

Energetika Materials 26 İyul 2007 14:39 (UTC +04:00)
"Chevron" Xəzər dənizində yerləşən "Kəpəz" yatağının işlənməsi ilə maraqlanır

Azərbaycan, Bakı / Trend / "Energy Intelligence Group"un yazdığına görə, "Chevron" Türkmənistanla Xəzər dənizində yerləşən mübahisəli "Kəpəz" neft yatağının işlənməsi ilə bağlı gələn həftə baş tutacaq danışıqların ilkin mərhələsinə hazırdır.

""Chevron" Türkmənistan hökumətinə bu hissənin inkişafı ilə bağlı planın hazırlanmasını şirkətə həvalə etdiyi üçün minnətdardır" - deyə "Chevron" şirkətinin sözçüsü Maykl Barret bildirib.

""Chevron" ümid edir ki, bizim dəniz yataqlarını işləmək təcrübəmiz, 15 illik regional təcrübəmiz, ümumi maliyyə və texniki potensialımız Türkmənistan hökuməti ilə əməkdaşlığı inkişaf etdirməyə imkan verəcək" - deyə o bildirib.

"Energy Intelligence Group"un yazdığına görə, "Chevron" şirkətinin Rusiyadakı törəmə şirkəti olan "Chevron Neftegaz"ın Türkmənistanla danışıqlar aparan rəhbəri Yan Makdonald ötən həftə ARDNŞ prezidenti Rövnəq Abdullayevlə danışıqlar aparmaq məqsədilə Bakıya gəlib.

"Chevron" və ARDNŞ arasında Bakıda keçirilən danışıqlar həmçinin Qazaxıstanda artan neft hasilatının tranziti məsələlərini əhatə edə bilər. Makdonaldın danışıqlarda iştirakı analitikləri düşünməyə vadar edir ki, "Chevron" KTK kəmərinin hazırkı 620 min barreldən 1,35 mln. barrelədək genişləndirilməsi planı razılaşdırılana qədər Qazaxıstanda yerləşən "Təngiz" yatağından hasil olunan məhsulun ixracı məqsədilə alternativ istiqamət axtarır.

Xəbər lenti

Xəbər lenti