...

ABŞ Dövlət Departamenti: "Avropa qaz kəmərinin tikintisi barədə müqavilə Xəzər dənizi qazının tranzitinin ticarət sərhədlərini müəyyən edir"

Energetika Materials 27 İyul 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / ABŞ Dövlət Departamenti tərəfindən yayılan məlumatda bildirilir ki, Birləşmiş Ştatlar Türkiyə, Yunanıstan və İtaliyanın baş nazirlərini "Türkiyə-Yunanıstan- İtaliya" (TGİ) kəmərinin tikintisinə dair hökumətlərarası müqavilənin bağlanması münasibətilə təbrik edib.

Sənəddə qeyd edilir ki, müqavilə Xəzər dənizi qazının TGİ kəməri vasitəsilə tranzitinin ticarət və hüquqi sərhədlərini müəyyən edir, o cümlədən kəmərin tezliklə tikintisi üçün şərait yaradır.

"Müqavilə üç ölkənin birgə səylərinin və həmçinin Birləşmiş Ştatların böyük dəstəyinin nəticəsidir. Bu müqavilə Avropada təbii qaz mənbələrini differensiasiya etməyə və Xəzər dənizi regionunda iqtisadi inkişafı dəstəkləməyə imkan yaradır" - deyə məlumatda bildirilir.

"Son onillik ərzində ABŞ, Azərbaycan, Gürcüstan və Türkiyə arasında birgə əməkdaşlığa əsaslanan bu səylər "Cənubi Qafqaz" qaz kəmərini və "Bakı-Tbilisi-Ceyhan" neft kəmrini inkişaf etdirir, həmçinin əməkdaşlığın genişlənməsinə və Avropa Birliyinin əsas tərəfdaşlarının bu əməkdaşlığa qoşulmasına şərait yaradır" - deyə məlumatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti