...

"Şirvan oil" şirkəti 127 min tondan çox neft hasil edib

Energetika Materials 10 Avqust 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Şirvan oil" birgə müəssisəsinin baş direktoru Məmməd İmanovun verdiyi məlumata görə, 2007-ci ilin yanvar-iyul ayları ərzində müəssisə "Gürovdağ" müqavilə sahəsində 127 min 826 ton neft hasil edib ki, bu həcmin 120 min 493 tonu dövlətə ötürülüb. Yeddi ay ərzində qaz hasilatının həcmi 15 mln. 447 min kubmetr təşkil edib. Bu məbləğin 9 mln. 727 min kubmetri dövlətə ötürülüb. Bu dövr ərzində fəaliyyətdə olmayan fonddan fəaliyyət göstərən fonda 15 quyu ötürülüb.

Azərbaycanın quru ərazisində yerləşən "Gürovdağ" yatağından hasil olunan neftin bərpası, işlənməsi və bölünməsi barədə PSA tipli müqavilə ARNDŞ, "Caspian Energy Group" və ARNDŞ birləşmiş şirkəti tərəfindən imzalanıb. Bu müqaviləyə əsasən "Şirvan oil" VM-in əsasında "Şirvan oil Operating Company" əməliyyat şirkəti yaradılacaq. Müqaviləyə əsasən, ARNDŞ-ya və "Caspian Energy Group"a müəssisədə iştirakın 50%-i məxsusdur. Layihə üçün nəzərdə tutulan sərmayələrin həcmi 200-300 mln. dollardır. 2004-cü ilin noyabr ayında ARDNŞ "Gürovdağ"la bağlı "Caspian Energy Group"la PSA müqaviləsi imzalayıb. PSA-da tərəflər hər biri 50% iştirak payı qazanıblar. 1997-ci ildən bəri "Gürovdağ"ın bərpası ilə "Şirvan oil" BM məşğul olub, burada "Caspian Energy Group" 51% iştirak payına malik olub. "Gürovdağ" yatağı 1929-cu ildə açılıb, istismarı1955-ci ildə başlanıb. Bu günə qədər 36 mln. ton neft hasil olunub, "Şirvan oil" BM-in payına (1997-ci ildən bəri) 1,6 mln. tondan çox neft düşüb.

Xəbər lenti

Xəbər lenti