Bakı, Azərbaycan / , müx. A. Bədəlova/ Azərbaycanın energetika və sənaye naziri Natiq Əliyev Koreyanın Bakıdakı səfiri Lyu Kvanq Çul ilə görüşdə iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivlərini müzakirə edib .
Konkret olaraq Azərbaycanın "İnam" dəniz layihəsində 20 faiz səhmlərin alınmasının detalları, Azərbaycanla Koreya arasındakı iqtisadi əməkdaşlıqla bağlı komissiyanın toplantısının təşkili məsələsi nəzərdən keçirilib. Bu toplantı 27-29 avqustda keçirilməlidir.
Əliyev Koreya sənaye şirkətlərini Azərbaycanda işləməyə dəvət edib və bu məqsədlə iki ölkənin birgə proqramının hazırlanmasının zəruriliyini vurğulayıb.
Görüşdə həmçinin Koreyanın "STX Energy Co LTD" şirkəti ilə birgə Qobustan külək elektrik stansiyasının inşası layihəsi müzakirə olunub. Bu layihənin açılış mərasimi avqustun 20-də Sənaye və Energetika Nazirliyində keçiriləcək.