...

"Transxəzər" qaz kəməri qazın AB-yə nəqlinin ucuz və sürətli marşrutu olacaq: AB-nin energetika üzrə komissarı Andris Piebalqsla müsahibə

Energetika Materials 23 Avqust 2007 16:33 (UTC +04:00)
"Transxəzər" qaz kəməri qazın AB-yə nəqlinin  ucuz və sürətli marşrutu olacaq: AB-nin energetika üzrə komissarı Andris Piebalqsla müsahibə

Azərbaycan, Bakıu / Trend / Qaz istehsalçıları olan Xəzəryanı ölkələr ixrac marşrutlarının diversifikasiyası ilə fəal məşğul olurlar. Xəzərdə "Transxəzər" qaz kəməri tikilə bilər, Rusiya "Cənub axını" kəmərinin tikintisinə təzyiq göstərir, İran türkmən qazının öz ərazisi vasitəsilə Türkiyəyə nəqlinə başlaya bilər. Xəzər qazının ixracı əsasən yanacağa olan ehtiyacın xeyli artdığı Avropa Birliyi ölkələrinə yönəlib.

Trend ın Avropa Birliyinin energetika üzrə komissarı Andris Piebalqsla müsahibəsi

- Rusiyanın "Cənub axın" layihəsini reallaşdırmağa can atmasını nəzərə alaraq "Transxəzər" qaz kəməri və "Nabucco" layihəsinin reallaşması perspektivləri nə yerdədir?

- Xəzər regionunun potensialı AB ölkələrinə enerji daşınmalarının təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir. Mərkəzi Asiya ölkələri ilə dialoqun və münasibətlərin dərinləşməsi AB-nin enregetika siyasətinin əsas prioritetləridir. Biz Avropa Birliyi ölkələrinə qazın nəqlinin ucuz və sürətli marşrutu olacaq "Transxəzər" kəmərinin inkişafına böyük önəm veririk.

Eyni zamanda biz daşınmaların divesifikasiyasını genişləndirən bütün layihələri dəstəkləyirik. "Cənub axını" qaz kəmərinin tikintisinə dair qərara gəldikdə isə bu kəmər AB-yə qaz nəqli marşrutlarının çeşidini artıracaq və Avropanın bu növ yanacağa artan ehtiyaclarını ödəməyə kömək edəcək. Hazırda ətraf mühit və planlaşdırma sahəsində hələ ki heç bir texniki işlər görülməyib.

Daşınmaların münasib diversifikasiyasını təmin edəcək "Nabucco" kəməri inkişafın daha ətraflı işlənmiş və qabaqcıl mərhələsindədir. "Nabucco" araşdırmaları sona çatması mərhələsindədir və tikinti işləri 2008-ci ilin sonunda başlanmalıdır.

- Azərbaycan və Türkmənistan arasında Xəzərin statusu ilə bağlı razılıq olmadığı halda AB "Tranxəzər" qaz kəmərinin tezliklə reallaşması məqsədilə ölkələr arasında bu məsələ ilə bağlı danışıqlara yardım etməyə hazırdırmı?

- Komissiya "Tranxəzər" kəmərinə dəstəyini ifadə etmək üçün bir sıra imkanlara malikdir. Praktiki dəstəyə gəldikdə isə hazırda "Transxəzər" qaz dəhlizi Komissiya tərəfindən təhlil edilir. Bu araşdırmanın yekun nəticələri 2007-ci ilin sonuna qədər məlum olacaq.

Azərbaycan və Türkmənistan dostluq münasibətlərinin bərpası prosesinə başlayıblar və Komissiya bu münasibətləri bəyənir və dəstəkləyir. Komissiya 2006-cı ilin noyabrında imzalanmış "qarşılıqlı anlaşma" haqqında memorandumun himayəsi altında Azərbaycanla energetika sahəsində sıx əməkdaşlıq edir. Komissiya və Türkmənistan əlaqələri gücləndiriblər və yaxın aylarda əməkdaşlığı daha da genişləndirməyə imkan verəcək bir sıra görüşlər keçirmək planlaşdırılır.

Komissiya kəmərin əlavə marşrutunun inkişafı ilə bağlı region ölkələri ilə işləməyə, beləliklə də regional enerji təhlükəsizliyinə və əməkdaşlığa müsbət təsir göstərməyə hazırdır.

- İyulun 1-dən Avropa Birliyi enerji bazarını liberallaşdırıb və blokun istehlakçı ölkələri qazın və elektrik enerjisinin tədarükçülərini özləri seçə bilərlər. Belə liberallaşmadan sonra bazarda real olaraq nə dəyişə bilər? Belə bi vəziyyət yarana bilərmi ki, qazanan tərəf istehlakçılar deyil, satıcılar olsun?

- Liberallaşma və bazar inteqrasiyası daşınmaların təhlükəsizliyini və bütün Avropa vətəndaşları üçün nəzərdə tutulan enerjinin qiymətinin rəqabət qabiliyyətinin təmin etmək üçün mühümdür. AB-nin geniş enerji bazarının yaradılması və onun liberallaşdırılması bir-biri ilə bağlı olan məqsədlərdir. Biz liberallaşma olmadan bazarın inteqrasiyasına nail ola bilmərik, milli seqmenti azaltmadan isə liberallaşdırılmış və rəqabət qabiliyyətinə malik enerji bazarları yarada bilmərik. AB-nin bazarlarının inteqrasiyası rəqabətin stimullaşdırılması və istehlakçılar üçün seçimin artırılması nöqteyi-nəzərindən mühümdür. AB onların hüquqlarını müdafiə etmək üçün çalışmalırıdır. Komissiya açıq enerji bazarında nə qalib, nə də məğlubların olmamasına əmin olmaq məqsədilə lazımi nizamlayıcı addımlar atır.

Xəbər lenti

Xəbər lenti