...

Bakı Fond Birjasının iştirakçılarının siyahısı genişlənib - Yeni üzv var

Maliyyə Materials 18 Dekabr 2018 11:24 (UTC +04:00)

Bakı. Taleh Mursaqulov - Trend:

Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarı ilə 17 dekabr 2018-ci il tarixindən etibarən “BTB Kapital İnvestisiya şirkəti” ASC üzvlüyə qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasından bildirilib.

Qeyd edək ki, “BTB Kapital İnvestisiya şirkəti” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 12 oktyabr 2018-ci il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün müddətsiz lisenziyaya malikdir.

Hazırda BFB-nin “BTB Kapital İnvestisiya şirkəti” ASC də daxil olmaqla 7 aktiv üzvü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti