Bakı. Trend:
Expressbank müştərilərin işi rahat getsin deyə, Novruz bayramı ilə əlaqədar elan edilən qeyri - iş günlərində də xidmət göstərəcək.
Bankdan Trend-ə verilən məlumata görə, müştərilər istənilən bank xidmətini reallaşdırmaq üçün 25 və 26 Mart tarixlərində saat 10:00-dan 15:00-dək rahatlıqla Nəsimi, Əhmədli, Sumqayıt, Gəncə, Mingəçevir və Bərdə filiallarına yaxınlaşa bilərlər.
Bundan əlavə 20 - 26 mart tarixlərində bankın Nəsimi və Əhmədli filialları adi iş rejimində fəaliyyət göstərəcək.
Belə ki, Nəsimi filialı aşağıda qeyd edilən xidmətlər üzrə 24 saat, Əhmədli filialı isə 09:00-dan 22:00 – dək, mart ayının 25 və 26- sı isə 18:00- dək fəaliyyət göstərəcək:
Xidmətlər:
Valyuta alışı və satışı,
Təcili pul köçürməsi üzrə pulun göndərilməsi və pulun alınması
Kredit üzrə ödənişlər
Kommunal və digər ödənişlər
Plastik kartların verilməsi
"Expressbank"ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın Expresspay ödəniş terminalı var.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.