"Unibank" indiyədək müştərilərinə 37 milyon manata yaxın kompensasiya ödəyib (MÜSAHİBƏ)

"Unibank" indiyədək müştərilərinə 37 milyon manata yaxın kompensasiya ödəyib (MÜSAHİBƏ)

Bakı. Trend:

Unibank indiyədək 43 mindən çox müştəriyə kompensasiya ödəyib. Proses may ayının sonunadək başa çatdırılacaq. Bu haqda “Unibank” KB-nın Pərakəndə biznes üzrə Baş direktoru Heybət Qədirov bildirib.

- “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrası ilə əlaqədar olaraq 20 gündən çoxdur ki, kompensasiyalar verilir. “Unibank”da bu proses necə gedir?

- Bildiyiniz kimi kompensasiyaların verilməsinə başlamazdan öncə prosesin əsas iştirakçıları olan Maliyyə Bazarlarına Nəzarət Palatası və iştirakçı banklar müştəriləri məlumatlandırmaq istiqamətində tədbirlər görmüşdülər. Müştərilər Palatanın saytında yaradılmış platformaya daxil olaraq, cox rahat formada onlara düşən kompensasiyanın məbləğini qısa müddət ərzində öyrənə bilirlər. Banklar isə fərmanın əhatə etdiyi müştərilərinə SMS-lər göndərərək, onları kompensasiya alacaqları tarixlərin bildiriləcəyi haqda məlumatlandırdılar. Fərmanın əhatə etdiyi ən çox müştəri sayı Unibankın payına düşür, biz də öz növbəmizdə kompensasiyalar verilməzdən əvvəl müştərilərimizi SMS-lərlə, rəsmi saytımızda və sosial şəbəkələrdə bildirişlərlə və müştəri xidməti vasitəsi ilə xəbərdar etdik. Məqsəd təbii ki, müştərilərin filiallarda vaxt itirməsinin qarşısını almaq və növbəlilik prinsipi ilə daha operativ xidmət göstərməkdir. Unibank olaraq fərmanın icrası ilə bağlı işlərin vacibliyini anlayırıq və icrası üçün bütün resurslarımızı maksimal şəkildə səfərbər etdik. Belə ki, filiallarımız kompensasiyanın verildiyi ilk gündən - 22 apreldən başlayaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gün ərzində daha çox müştəriyə xidmət etmək üçün əlavə olaraq iki şöbə də müştərilərin xidmətinə təqdim edilib. Xidmətin operativliyini artırmaq üçün filiallar yeni avadanlıq, kompüterlər ilə təmin olunub və əlavə işçilər cəlb olunub. Proses başlayandan bu günə qədər Unibank tərəfindən 43 mindən çox müştəriyə 37 milyon manata yaxın kompensasiya verilib. Bu gün də müştərilərə növbəlilik prinsipi ilə SMS-lərin göndərilməsi davam edir. Müştərilərin banka SMS-də göstərilən tarixdə müraciət etmələri, yarana biləcək növbələri minimuma endirir və müştərilərin vaxt itkisi olmur. Fərmanın əhatə etdiyi heç bir müştərimiz narahat olmasın, cənab Prezidentin fərmanında da nəzərdə tutulduğu kimi proses mayın sonunadək başa çatdırılacaq və hər bir müştəri ona düşən kompensasiya məbləğini əldə edəcək. Biz gündəlik olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məlumat mübadiləsi edirik, fərmanın icrası ilə bağlı görülmüş işlərin hesabatı Palataya göndərilir. Bank olaraq bu prosesdə məsuliyyətimizi dərk edirik və prosesin daha operativ icrası üçün çalışırıq.

Cənab Prezidentin fərmanında da qeyd olunduğu kimi əsas məqsəd müştərilərin kredit yükünün azaldılması, üzləşdiyi maliyyə itkisinin qarşısını almaqdır. İstər vətəndaşlarımızın sosial rifahı, istərsə də bank sektorunun inkişafı üçün son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında icrası bu gün Unibank üçün əsas prioritet məsələdir.

- Kompensasiyaların verilməsi nə qədər sistemli aparılsa da, yəqin ki müəyyən çətinliklər olur. Daha çox hansı suallar ilə qarşılaşırsınız?

- Müştərilərin rahatlığı və prosesin daha operativ aparılması üçün ilk gündən bank tərəfindən bütün mümkün tədbirlər görülür. Cənab Prezidentin fərmanı ilə bağlı geniş maarifləndirici işlər aparılsa da, bəzən fərmanın əhatə etmədiyi müştərilər də filiallara müraciət edirlər. Bu müştərilərə geniş və əsaslı məlumat vermək bank əməkdaşlarının müəyyən qədər vaxtını almaqla, filiallarda kompensasiya almağa gələn müştərilərin də növbələrini gecikdirir. Banklar dəfələrlə yalnız kompensasiya tarixi ilə bağlı SMS alan müştərilərin həmin günlərdə banka gəlməsini xahiş etsə də, SMS göndərilməyən müştərilərin filiallara müraciətləri prosesi gecikdirə bilir. Müştərilər fərmanla diqqətlə tanış olsalar və SMS-də qeyd olunan tarixdə bank filiallarına yaxınlaşsalar, proses daha mükəmməl və daha sürətli formada həyata keçirilər. Təbii ki, biz insanlarımızı anlayırıq, hamı ona düşən vəsaiti daha tez almaq istəyir, iş yoldaşının, qohumunun artıq kompensasiya vəsaitini aldığını eşidir və növbə gününü gözləməyə səbri çatmır. Amma narahat olmağa heç bir əsas yoxdur. Çünki fərmanın əhatə etdiyi hər bir müştəri ona düşən kompensasiya vəsaitini alacaq. Bu, dövlətin onlara dəstəyi, kredit öhdəliklərinin azaldılması və xarici valyutada olan kreditləri üzrə itkilərini qarşılamağa yönəldilmiş vəsaitdir. Ola bilər ki, kiminsə növbəsi tanışlarından 1 həftə sonra olsun, amma bütün hallarda bu proses mayın sonunadək yekunlaşdırılacaq. Banklar çalışırlar ki, Prezident fərmanının icrasını nəzərdə tutulduğu vaxtda və operativ şəkildə həyata keçirsinlər və mövcud prosesin sürəti buna nail olunacağına əminlik yaradır.

- Hesablanmış kompensasiya məbləği ilə razılaşmayan və yaxud adı kompensasiya alanlar siyahısında olmayan müştərilərə bankda hansı tövsiyyələr edilir?

- Bu müştərilərin banklara müraciət edərək vaxt itirməsinə ehtiyac yoxdur. Belə hallar üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi saytında “Apellyasiya komissiyasına müraciət” bölümü yaradılıb. Kompensasiya məbləğindən narazı olan və yaxud adını sistemdə tapa bilməyən hər bir müştəri, onlayn şəkildə “Apellyasiya komissiyasına” müraciət etməlidir ki, məsələsinə vaxtında baxılsın. Hər bir şikayət komissiya tərəfindən ətraflı araşdırılır.

- Kompensasiyaların verilməsi ilə yanaşı, problemli kreditlərin restrukturizasiyasına da başlanılır. “Unibank”da bu istiqamətdə işlər hansı mərhələdədir?

- Bildiyiniz kimi, borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlər ilə - 5 il müddətinə və illik cəmi 1%-lə veriləcək. “Unibank”da artıq bu istiqamətdə proseslərə başlanılıb. Texniki hazırlıqlar başa çatdıqdan sonra, yaxın günlərdə restrukturizasiya prosesinə başlayacağıq.

Fürsətdən istifadə edib bir daha müştərilərə müraciət edirik ki, qətiyyən narahat olmasınlar. Yaxın günlərdə qalan müştərilərimizə də kompensasiya tarixini bildirən SMS-lər göndəriləcək və bu ayın sonunadək hər kəs ona düşən kompensasiya vəsaitini əldə edəcək. Filallarda vaxt itirməmələri üçün müştərilərdən yalnız SMS aldıqdan sonra banka yaxınlaşmalarını xahiş edirik.

Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 55 413 nəfər sağalıb
"Mançester Siti" və "Real" Çempionlar Liqasının yarımfınalına yüksəlib
NATO öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
"Brent" markalı neftin qiyməti 66,9 dollar təşkil edib
Dünyada ötən sutka koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb - ÜS
Birinci vitse-prezident Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
Balakəndə yol polisi reyd keçirib, qaydaları pozan sürücülər barəsində protokol tərtib olunub (FOTO)
Aleksandr Lukaşenko: Prezident İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır
Vaksini Azərbaycanla bölüşməyə hazırıq - Belarus Prezidenti
Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq - Belarus Prezidenti
Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik - Aleksandr Lukaşenko
Prezident İlham Əliyev: Ermənistanın başına gələnlərin təqsirkarı Ermənistan rəhbərliyidir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi nizamlanıb
Prezident İlham Əliyev: Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil
Prezident İlham Əliyev: Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər
Prezident İlham Əliyev: Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır
Prezident İlham Əliyev: Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik
MDU-nun rektoru Ramazan ayının gəlişi münasibətilə professor-müəllim və inzibati-texniki heyətini təbrik edib
Minsk Qrupunun xəbis niyyəti - Revanşizm körüklənir?
BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib
Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib (FOTO)
BEA Azərbaycanda neft hasilatı üzrə proqnozlarını yüksəldib
Hindistan pandemiya ilə bağlı qlobal rifah üçün güclərini bölüşəcək - Baş nazir
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib (FOTO)
Ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu ilə söndürə bilib - Deputat
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Ağdamda bıçaqlanma hadisəsi olub
XİN Fransanın Ermənistandakı səfirinə cavab verdi
Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir - Deputat
Belarus Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb (FOTO)
Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub - Tamam Cəfərova
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
Hərbi Qənimətlər Parkına axın edən paytaxt sakinləri: Ölkəmizlə bir daha qürur duyduq - Trend TV-nin REPORTAJI
“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib (FOTO)
Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə
Ukrayna və Azərbaycan alternativ enerjinin istifadəsi potensialını artıra bilər
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Somalidə avtobus partladılıb - 17 ölü
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır - Sevil Mikayılova
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Aprelin 15-nə USD/AZN rəsmi məzənnəsi
BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb (FOTO)
Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır - Baş nazirin müavini
Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib (FOTO/ VİDEO)
Cəlilabadda reyd: sürücülər cərimələndi (FOTO)
YAP Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)
“Yaşıl Marafon” çərçivəsində Qubadlıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Neftçalada içməli su probleminin həlli üçün yeni layihənin icrasına başlanılır (FOTO)
Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb
30 il boyunca faydalı iş görməyən Minsk qrupunun indi məsləhət vermək haqqı yoxdur - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Birinci rübdə 30 min şəxsə e-qaydada fərdi hesab açılıb
AQTİ-nin regional sınaq laboratoriyaları səriştəlik proqramında yüksək nəticə göstərib (FOTO)
Azərbaycan və Ukraynanın əməkdaşlığı üçün bir sıra istiqamətlər mövcuddur - Baş nazirin müavini
Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı (FOTO)
Xızıda "Mitsubishi" yanıb
Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı
Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub (FOTO/VİDEO)
Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi
Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb
Ramanada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi (FOTO)
Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan pozuntular müzakirə ediləcək
Türkiyə Liviyaya COVID-19-a qarşı vaksin göndərir (FOTO)
İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq
“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb
Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi
Ukrayna Baş nazirinin müavini Ağdama gedib (FOTO)
Azərbaycanda nikah və boşanmaların sayı məlum olub
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)
Azərbaycan-Belarus sənədləri imzalanıb (FOTO)
Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib
Putin vaksinin ikinci dozasını vurdurub
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir
İranda koronavirusdan gündəlik ölüm halı 300-ü keçib
Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - Sərəncam
Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb
Xətai rayonunda küçələr abadlaşdırılır (FOTO)
Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb
Prezident İlham Əliyev: Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır
"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
Evini tərk edən daha 5 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi başlandı
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Sabah 25 dərəcəyədək isti olacaq
Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib (VİDEO)
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi - ŞƏRH
“Elmlər Akademiyası” stansiyasında relslərdəki ağac şpallar dəmir-beton şpallarla əvəzlənir (FOTO)
Naqif Həmzəyev Çin səfiri ilə görüşüb (FOTO)
Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir
Ermənilər Hərbi Qənimətlər Parkından dərs götürsünlər - Hərbi ekspert (VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşır
GiLTEX müştərilərini Sumqayıtda yeni magazasında salamlamağa hazırdır (FOTO)
Bütün xəbərlər