...

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin qiymətləndirilməsi sistemi təqdim olunub

Maliyyə Materials 5 Sentyabr 2019 16:13 (UTC +04:00)
Azərbaycanda bütün kredit təşkilatlarına yeni Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi (AzALES) təqdim olunub
Azərbaycanda kənd təsərrüfatı kreditlərinin qiymətləndirilməsi sistemi təqdim olunub

Bakı. Kəmalə Məmmədli - Trend:

Azərbaycanda bütün kredit təşkilatlarına yeni Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi (AzALES) təqdim olunub.

Trend-in məlumatına görə, bunu Aqrar Kreditləşmə və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, bu sistem 15 gün ərzində sınaqdan keçiriləcək. M.Əliyev bildirib ki, sistem banklara aqrar sahədə riskləri daha yaxşı qiymətləndirməyə, eləcə də kredit müraciətlərini daha qısa zamanda nəzərdən keçirməyə imkan verəcək.

Öz növbəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti bildirib ki, yeni sistem kredit təşkilatlarının əməkdaşlarının maliyyə sahəsində biliklərini təkmilləşdirəcək.

S.Qatti həmçinin bildirib ki, AzALES sistemi iqtisadiyyatın şaxələndirilməsində, xüsusilə də kənd təsərrüfatının modernləşdirilməsi və kredit ehtiyatlarına çıxışın sadələşdirilməsində vacib rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti