...

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb

Maliyyə Materials 26 Noyabr 2020 11:41 (UTC +04:00)
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb

Bakı. Zeyni Cəfərov - Trend:

2020-ci ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 207,6 milyon manat məbləğində ipoteka krediti verilib.

Trend bu barədə Mərkəzi Bankın statistika hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 62,4 faiz və ya 79,8 milyon manat çoxdur.

Hesabat dövründə fondun təkrar maliyyələşdirdiyi kreditləriə məbləği ötən illə müqayisədə 47,3 faiz azalıb və 109,4 milyon manat təşkil edib. İpoteka və Kredit Zəmanət Fondua dövlət büdcəsindən ayrılan vəsait iki dəfə artaraq 161,2 milyon manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti