Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev.
Bu il Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prioritetlər arasında yer almır.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuat konfransında deyib.
O bildirib ki, bu gün hökumətin belə bir planı mövcud deyil:
"Beynəlxalq Bamk dinamik templə inkişaf edir, ötən il isə bank üçün uğurla başa çatıb. Ona görə bankın özəlləşdirilməsi strategiyası nəzərdən keçirilmir".