...

"PAŞA Bank" aktivlər üzrə bazar payını artırıb

Maliyyə Materials 5 Aprel 2021 12:51 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov - Trend:

“PAŞA Bank” 2018-2020-ci illər üçün strategiyanı uğurla icra edib və bank sektorunda aktivlər üzrə bazar payını 13 faizdən 17 faizədək artırıb.

Trend-in məlumatına görə, bunu “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov bankın 2018-2020-ci il strateji dövrünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bankın aktivləri 6 milyard manatı ötüb, son üç ildə isə kredit portfeli 2,2 milyard manata çatıb.

O bildirib ki, "PAŞA Bank" kreditlərin 89 faizini iqtisadiyyatın real sektoruna verib, aktiv müştərilərin sayı 8,9 min nəfərədək artıb:

"PAŞA Bank" yaxın gələcəkdə kredit portfelini 2,2 milyard manatdan 3 milyard manatadək artırmağı planlaşdırır".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti