...

AYİB Azərbaycandakı layihələr üzrə kredit portfelini açıqlayıb

Maliyyə Materials 3 Sentyabr 2021 18:28 (UTC +04:00)
AYİB Azərbaycandakı layihələr üzrə kredit portfelini açıqlayıb

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ilin yanvar-iyul aylarında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,128 milyard avro təşkil edib.

Trend bu barədə AYİB-ə istinadən məlumat verir.

Qeyd olunur ki, kredit portfeli 35 proqramın reallaşdırılması üçün nəzərdə tutulub.

Kredit portfelinin 78 faizi və ya 882 milyon avro dayanıqlı infrastruktura investisiyalara, 20 faizi və ya 226 milyon avro sənaye, ticarət və aqrar sektora investisiyalara, 2 faizi və ya 20 milyon avro maliyyə təşkilatlarına investisiyalara yönəlib.

Ümumilikdə, 1992-ci ildən bu günədək AYİB Azərbaycanda 177 layihə üzrə 3 milyard avrodan çox investisiya qoyub.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti