...

Azərbaycanda sənaye zonalarına qoyulan investisiyanın həcmi açıqlanıb

Maliyyə Materials 27 Yanvar 2022 14:14 (UTC +04:00)
Azərbaycanda sənaye zonalarına qoyulan investisiyanın həcmi açıqlanıb

Bakı. Trend:

Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6,4 milyard manat, o cümlədən, 2021-ci il üzrə 247,7 milyon manat investisiya yatırılıb.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

Nazirin sözlərinə görə, sənaye zonalarında 9700-dən çox iş yeri yaradılıb.

"Mövcud layihələr üzrə əlavə olaraq 370 milyon manatdan çox investisiyanın yatırılması və 2400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur", - M.Cabbarov yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti