...

Azərbaycanda rubl kəskin ucuzlaşdı

Maliyyə Materials 28 Fevral 2022 09:16 (UTC +04:00)
Azərbaycanda rubl kəskin ucuzlaşdı

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı 28 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 Rusiya rublu 0.0157 manat təşkil edib. ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manatdır

Manata nəzərən avronun məzənnəsi 1.8950 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1207 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5417 manatdır.

Qeyd edək ki, daha əvvəl 1 Rusiya rublu 0.020 manat idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti