Bakı. Trend:
2022-ci il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,12 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Ötən ayla müqayisədə pul bazası 2,99 faiz və ya 467,6 milyon manat artıb.
Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 13,42 faiz və ya 1,907 milyard manat artıb.