...

Azərbaycanda 25 fintex şirkəti xidmət göstərir - Ruslan Talıbov

Maliyyə Materials 29 Sentyabr 2022 10:18 (UTC +04:00)
Azərbaycanda 25 fintex şirkəti xidmət göstərir - Ruslan Talıbov

Bakı. Trend:

Azərbaycanın maliyyə bazarında 25 fintex şirkəti (bank olmayan maliyyə xidmətləri təklif edən şirkətlər) xidmət göstərir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Fintex Assosiasiyasının sədri Ruslan Talıbov "Azərbaycanda fintex ekosistemi - bu gün və sabah" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, onlardan 55,6 faizi dayanıqlıdır, 44,4 faizi isə inkişaf etməkdədir.

"Bu şirkətlərdən təxminən 20 faizi beynəlxalq oyunçu hesab olunur. Hesab edirəm ki, ödəniş sistemləri barədə qanunun qəbul olunması fintex müəssisələrin inkişafına, onların sayının artmasına yol açacaq", - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, fintex təşkilatlarına banklarla daha sıx əməkdaşlıq üçün şərait yaratmaq lazımdır.

"Banklarla əməkdaşlıq həm bank xidmətlərini, həm də fintex şirkətlərinin xidmətlərini genişləndirməyə imkan verəcək", - R.Talıbov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti