...

PASHA Bank azad olunmuş ərazilərdə müştərilərinə 132 milyon manat dəyərində dəstək göstərib - Cavid Quliyev

Maliyyə Materials 18 May 2023 11:47 (UTC +04:00)
PASHA Bank azad olunmuş ərazilərdə müştərilərinə 132 milyon manat dəyərində dəstək göstərib - Cavid Quliyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

PASHA Bank Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən müştərilərinə 132 milyon manat dəyərində dəstək göstərib.

Trend xəbər verir ki, bunu PASHA Bank-ın baş direktoru və idarə heyətinin sədri Cavid Quliyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmçinin startap layihələrə dəstək göstərilib.

"Azərbaycanda ilk dəfə olaraq daşınmaz əmlakın lizinqi maliyyə vasitəsi işə salınıb. Həmçinin 2022-ci ildə sənaye sahəsindəki müştərilər üçün xüsusi bank kartları təqdim olunub" - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti