Bakı. Trend:
PASHA Bank-ın xalis əməliyyat gəliri korporativ müştəri sayındakı artım nəticəsində 159 faiz olub.
Trend xəbər verir ki, bunu PASHA Bank-ın idarə heyətinin üzvü Murad Süleymanov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yığım və komissiyalarda artım (kapitalın idarə olunmasından başqa) 56 faiz olub.
"İnvestisiyaların idarə olunması üzrə aktivlər (broker xidmətləri istisna olmaqla) 30 faiz artıb. Korporativ bankçılıqdan istifadə edən müştərilərin sayı 81 faiz artıb", - deyə o qeyd edib.
M.Süleymanova həmçinin KOB sahəsində müştərilərin sayının 27 faiz artdığını bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)