Bakı. Trend:
2022-ci ilin yekunlarına görə PASHA Bankın aktivləri 8,433 milyard manatdan çox olub və bank bu göstərici üzrə ölkə bankları arasında lider mövqe tutub.
Trend xəbər verir ki, bunu PASHA Bank-ın idarə heyətinin üzvü Murad Süleymanov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2022-ci ildə aktivlərdə artım əvvəlki illə müqayisədə 31,2 faiz olub.
"Faizlərdən gəlir gətirən aktivlərin ümumi aktivlər portfelində payı 15,2 faiz azalıb", - o deyib.
Bankın kredit portfelindən danışan M.Süleymanov bildiib ki, 46,9 faiz ticarət və xidmət sektorunun payına düşür.
"16,6 faiz fiziki şəxslərdir, yerdə qalan hissə isə sənaye, tikinti, turizm və bir sıra digər sektorlardır", - o deyib.
PASHA Bank-ın idarə heyətinin üzvü həmçinin qeyd edib ki, bankın üçüncü tərəflər qarşısında öhdəlikləri 7,8 milyard manatdan çoxdur.
"7 milyard manatdan çox və ya 89,7 faiz müştərilər qarşısında, 7,6 faz isə banklar, fondlar və s. qarşısında öhdəliklərin payına düşür. 2022-ci ildə müştərilər qarşısında öhdəliklər 39 faiz artdığı halda, fondlar və banklar qarşısında öhdəliklər 10,7 faiz azalıb", - deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)