...

"PAŞA Bank"ın iki törəmə bankında səhmlərdəki payı "Paşa Holding"ə ötürülüb - Murad Süleymanov

Maliyyə Materials 20 Oktyabr 2023 16:06 (UTC +04:00)
"PAŞA Bank"ın iki törəmə bankında səhmlərdəki payı "Paşa Holding"ə ötürülüb - Murad Süleymanov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"PAŞA Bank"ın iki törəmə bankda səhmlərdəki payı "Paşa Holding"ə ötürülüb.

Trend cümə günü xəbər verir ki, bunu "Paşa Bank" ASC-nin İdarə Heyətinin üzvü Murad Süleymanov bankın 2023-cü ilin birinci yarısı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

""PAŞA Bank" ASC-nin "PASHA Bank Turkey" səhmlərində payı 51 faizdən 28 faizədək, "PASHA Bank Georgia"da isə 100 faizdən 92 faizədək azalıb.

Qeyd edək ki, "PAŞA Bank" ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərin həcminə görə ölkənin ilk sıradakı üç bankından biridir. Bankın səhmdarları "PASHA Holding" (56,82%) və "Ador" MMC (28,18%) olmaqla iki hüquqi şəxs və Arif Paşayev (15%) olmaqla bir fiziki şəxsdir. Bank "PASHA Holding" strukturuna daxildir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti