...

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Maliyyə Materials 1 Aprel 2024 16:40 (UTC +04:00)
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il martın 29-na Mərkəzi Bankın valyuta ehtiyatları 11,654 milyon ABŞ dolları olub.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatları əsasında hesablamalara görə, bu, öncəki ayın göstəricisindən 0,04 faiz və ya 4,1 milyon dollar, 2023-cü ilin analoji dövrünün göstəricisindən isə 27,61 faiz çoxdur.

Bankın məlumatlarına görə, 2023-cü il martın 31-na Mərkəzi Bankın valyuta ehtiyatları 9,133 milyard dollar, 2023-cü il fevralın 29-na isə 11,65 milyard dollar olub.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatlarına əsasən, Azərbaycanın valyuta ehtiyatları 17 faiz artıb və 2023-cü ilin yekunlarına görə 68,5 milyard ABŞ dolları olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti