...

Mərkəzi Bank 2024-cü ilin birinci rübündə Azərbaycana pul köçürmələrinin həcmini açıqlayıb

Maliyyə Materials 12 İyun 2024 11:36 (UTC +04:00)
Mərkəzi Bank 2024-cü ilin birinci rübündə Azərbaycana pul köçürmələrinin həcmini açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin birinci rübünün yekunlarına görə, xaricdən Azərbaycana pul köçürmələrinin həcmi 294 milyon ABŞ dolları olub.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə deyib.

"2024-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycana pul köçürmələrinin həcminə görə liderlik edən beş ölkə siyahısına Rusiya (155 milyon dollar), Türkiyə (39 milyon dollar), ABŞ (14 milyon dollar), Gürcüstan (9 milyon dollar), Böyük Britaniya (8 milyon dollar) daxildir", - o qeyd edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycana pul köçürmələrinin həcmi 54,3 faiz azalaraq 1 milyard 665 milyon dollar olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti