...

Azərbaycan 900 mln. dollar dəyərində avroistiqrazların geri alışını həyata keçirib

Maliyyə Materials 12 İyun 2024 14:10 (UTC +04:00)
Azərbaycan 900 mln. dollar dəyərində avroistiqrazların geri alışını həyata keçirib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 900 mln. dollar dəyərində emissiya edilmiş qiymətli kağızların - avroistiqrazların geri alışını həyata keçirib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci rübündə baş tutan bu sövdələşmə portfel investisiyalarında 903 milyon ABŞ dolları dəyərində defisit yaradıb.

S.Nəsirov qeyd edib ki, qeyd olunan məbləğdə qiymətli kağızların müddətinin başa çatması ölkənin xarici borcunun azalmasına səbəb olan amildir.

"Kapital və maliyyə axını balansında 1,6 milyard ABŞ dolları dəyərində kəsir yaranıb. Bu kəsir ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə şərtlənir. Başqa sözlə, bu dövrdə ölkəmizin əsas maliyyə öhdəlikləri azaldılıb", - deyə o əlavə edib.

Xatırladaq ki, bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici dövlət borcunun 35 faizini və ya 2,3 milyard ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avroistiqrazlar) təşkil edib. Bu məbləğin 900 milyon ABŞ dolları (4,75 faiz kupon dərəcəsi ilə) 2024-cü ildə, 310,7 milyon ABŞ dolları (kupon dərəcəsi 5,125 faizlə) 2029-cu ildə, 1,076 milyard ABŞ dolları isə (3,5 faiz kupon dərəcəsi ilə) - 2032-ci ildə ödəniləcək.

Qeyd edək ki, 2014-cü ilin mart ayında Azərbaycan ilk dəfə olaraq 10 il müddətinə 4,75 faiz dərəcəsi ilə 1,25 milyard dollar məbləğində xarici valyutada dövlət qiymətli kağızlarını (avroistiqrazları) yerləşdirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti