Bakı. Trend:
Qlobal İnnovasiya İndeksində (Qİİ) Azərbaycanın göstəricisi təxminən 2 faiz təşkil edir.
Trend xəbər verir ki, Bakı Fond Birjasının müşahidə şurasının sədri Fərid Axundov bu gün PAŞA Bankın təşkil etdiyi IPO-ya (səhmlərin ilkin ictimai yerləşdirmə prosesi) həsr olunmuş tədbirdə çıxışında bildirib.
Onun sözlərinə görə, Qİİ ölkələri bir-biri ilə müqayisə edir və bu indeks əsasında ölkələr, o cümlədən onların kapital bazarları da müqayisə olunur:
“İndeksdəki bu göstərici listinqdə olan şirkətlərin bazar kapitallaşmasının ümumi daxili məhsula nisbətini əks etdirir.
PAŞA Bankın bazara çıxışı ilə əlaqədar Azərbaycanın bu əmsalının təxminən 2 faizdən 3 faizə qədər artacağı gözlənilir. Faiz ifadəsində bu artım cüzi görünə bilər, lakin bazar üçün kifayət qədər əhəmiyyətli addımdır”.
