...

Azərbaycan COP29-a ev sahibliyi edərək, iqlim dəyişikliyinə öz töhfəsini verəcək - Xorvatiyanın sabiq prezidenti

Yaşıl iqtisadiyyat Materials 16 Mart 2024 11:15 (UTC +04:00)
Azərbaycan COP29-a ev sahibliyi edərək, iqlim dəyişikliyinə öz töhfəsini verəcək - Xorvatiyanın sabiq prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 olduqca əhəmiyyətli tədbirdir.

Bunu Trend-ə açıqlamasında Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman beynəxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib.

“Dünyanın müxtəlif yerlərindən dövlət və hökümət rəsmiləri Azərbaycana gələrək, COP29-da iştirak edəcək. Bunun özü də böyük göstəricidir. Bu təbdirdə baş tutacaq müzakirə və danışıqların nəticələri bütün dünya, insanlıq və bəşəriyyət üçün faydalı olacaq.

İnanıram ki, Azərbaycan COP29-a ev sahibliyi edərək, iqlim dəyişikliyinə öz töhfəsini verəcək”,- deyə o bildirib.

Qeyd edək ki, COP29 11-12 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.

Xatırladaq ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə rəsmi qərar 2023-cü il dekabrın 11-də Dubayda elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti