...

Muxtar Babayev Aİ-nin Azərbaycandakı nümayəndəsi COP29-a hazırlıqları müzakirə edib

Yaşıl iqtisadiyyat Materials 12 İyun 2024 09:09 (UTC +04:00)
Muxtar Babayev Aİ-nin Azərbaycandakı nümayəndəsi COP29-a hazırlıqları müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ətraf mühitin mühafizəsi sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti