...

Elektrik mühərrikli avtobusların üstünlükləri nələrdir?

Yaşıl iqtisadiyyat Materials 12 Avqust 2024 11:33 (UTC +04:00)
Elektrik mühərrikli avtobusların üstünlükləri nələrdir?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. Bundan başqa bu il Çindən gətirilən 160 sayda elektrik mühərrikli avtobusun xəttə buraxılması nəzərdə tutulur. Əsas hədəf nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır.

Benzin və dizellə işləyən şəhər nəqliyyatını ictimai elektrik nəqliyyatı ilə müqayisə etsək, üstünlük göz qabağındadır, çünki elektrik nəqliyyatında emissiya yoxdur. Bu yolla biz şəhəri dumandan azad edirik. Biz şəhəri tullantıların tərkibində olan asılı hissəciklərdən azad edirik. Bu, xüsusilə uşaqlar üçün təhlükəlidir, çünki emissiyaların tərkibində olan bəzi metalların incə tozları ağciyərlərdə çökür.

Elektrik mühərrikli avtobusları, hər hansı bir elektrik nəqliyyatı kimi, səs-küy yaratmır. Asfaltda sürərkən səs-küy yaradan təkərlərdən başqa səs-küy yaradan hissələr yoxdur, lakin bu, dizel və benzinlə işləyən avtomobillərin küçədə istifadə edərkən yaratdığı səs-küy təsiri ilə müqayisədə kifayət qədər əhəmiyyətsizdir.

Əhəmiyyətli üstünlüklərdən biri də qənaətcillikdir. Yəni benzinlə 1 km, elektrik enerjisi ilə 1 km məsafəni müqayisə etsək, yanacağın dəyəri baxımından burada mütləq elektrik nəqliyyatı qalib gəlir. Elektrikli avtobuslar benzin və ya dizellə işləyən avtobuslardan qat-qat az hissələrə malikdir. Sürücülər üçün rahatlıq, çünki bu avtomobillər kifayət qədər sürətli sürətlənməyə malikdir, bu da onlara kəsişmələri daha çox rahatlıqla qət etməyə imkan ver.

Əsa mənfi tərəfi isə elektrik nəqliyyatının çatışmazlıqları qışda daha çox enerji istehlakını ehtiva edir, çünki istilik üçün müəyyən miqdarda enerji tələb olunur. Təbii ki, qışda elektrik avtobuslarının elektrik istehlakı yaydan daha yüksəkdir.

Elektriklə işləyən avtobusların buraxılması zamanı müəyyən tədbirlərin görülməsinə gəlincə, təbii ki, bu, enerji doldurma infrastrukturunun yaradılmasına ehtiyac yaranı. Artıq bunun üçün infrastrukrur yaradılmaqdadır.

Qeyd edək ki, hazırda Bakıda bir neçə elektrik mühərrikli avtobus xəttə buraxılıb. İşğaldan azad olmuş ərazilərdən ilk dəfə Şuşada elektrik avtobuslar istifadəyə veriləcək. Şuşada artıq 4 belə avtobus var. Onlar elektrik enerjisi ilə çalışır və dağlıq landşaftda özlərini təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti