...

Azərbaycan "yaşıl" enerji sahəsində bir sıra layihələri Dünya İqlim Fondunun nəzərdən keçirməsi üçün təqdim edib

Yaşıl iqtisadiyyat Materials 1 Oktyabr 2024 14:12 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan "yaşıl" enerji sahəsində bir sıra layihələri Dünya İqlim Fondunun (World Climate Foundation) nəzərdən keçirməsi üçün təqdim edib.

Bu barədə Trend Azərbaycan Energetika Nazirliyinə istinadən xəbər verir.

“Dünya İqlim Fondunun prezidenti Yens Nilson və fondun nümayəndəsi Ülviyyə Cəlilzadə Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalovla görüşdə Azərbaycanın "yaşıl" enerji layihələrini müzakirə ediblər. Azərbaycan tərəfi bu sahədə Dünya İqlim Fondu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib”, - məlumatda bildirilir.

Qeyd edək ki, fondun nümayəndələri 30 sentyabrda başlayan və cari həftənin sonuna qədər davam edəcək Bakı İqlim Həftəsində iştirak edirlər.

Dünya İqlim Fondu BMT-nin struktur qurumlarından biri olmaqla, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinin Konfransının (COP) 29-cu sessiyası və digər COP tədbirlərinin təşkilatçılarından biridir.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda COP29 keçiriləcək və iqlim maliyyələşdirilməsi bu sessiyanın əsas mövzularından biri olacaq.

Xəbər lenti

Xəbər lenti