...

"Methane.Aİ" SOCAR-ın fəaliyyətinin şəffaflığını təmin edir - Hikmət Abdullayev

Yaşıl iqtisadiyyat Materials 2 Oktyabr 2024 12:26 (UTC +04:00)
"Methane.Aİ" SOCAR-ın fəaliyyətinin şəffaflığını təmin edir - Hikmət Abdullayev
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR 2024-cü ildə "Methane.Aİ" platformasını işə salıb, bu şirkət metan emissiyalarını azaltmaq və bu prosesin idarə edilməsi ilə bağlı əsas əməliyyatları tam şəkildə öyrənməyə imkan yaradır.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev COP29 və Beynəlxalq Enerji Agentliyi tərəfindən təşkil olunan "Metan üzrə vədləri reallaşdırmaq" adlı seminarda məlumat verib.

Onun sözlərinə görə, bu platforma süni intellektdən istifadə edərək SOCAR-ın hidrokarbon istehsalı və daşınması ilə bağlı əməliyyatlarda bütün emissiya mənbələri üzrə məsələlərin həlli üçün uzunmüddətli tədbirləri müəyyən edir.

O qeyd edib ki, bu platforma SOCAR-a emissiya həcmlərini hesablamağa və SOCAR-ın qoşulduğu beynəlxalq OGMP təşəbbüsü çərçivəsində hesabatlar hazırlamağa kömək edir.

"Biz, həmçinin, bütün metan yollarını real vaxtda izləyə və mümkün emissiyalara tez reaksiya verə bilirik", - H.Abdullayev əlavə edib.

Onun sözlərinə görə, "Methane.Aİ" platforması SOCAR-ın fəaliyyətlərinin şəffaflığını təmin edir.

Xəbər lenti

Xəbər lenti