Azərbaycan, Bakı / Trend / Azərbaycanın Mobil rabitə operatoru Azerfon BM (Nar Mobile ticarət nişanı) öz abunəçilərinə yeni "Xoş xəbər" tərif planını təqdim itdi. Şirkətin məlumatında belə deyilir .
Şirkətdə hesab edirlək ki , digər mobil operatorlara və bütün şəhər nömrələrinə olan olduqca sərfəli qiymətlərlə yanaşı , Nar Mobile şəbəkəsi daxilində zənglərə qiymətlər yeni tariflə bazarda ən münasib oldu .
Şirkətdə qeyd edirlər ki , " Xoş xəbər " tarif planı bu sahədə ən yaxşı təklifdir və digərlərindən sərfəli qiymət və bonus sistemilə seçilir "
"Xoş xəbər" Tarif Planı | |
Nar Mobile şəbəkəsi daxilində 1 dəq. qiyməti | 0. 05 AZN |
Ölkə daxili zənglərin 1 dəq. qiyməti | 0. 15 AZN |
Abunə haqqı | 2 AZN (gündə 0.066 AZN) |
Pulsuz dəqiqələr | 20 dəqiqə |
Yeni tarif planına qoşulmaq üçün Nar Mobile Mərkəzlərinə və ya rəsmi satış məntəqələrinə müraciət etmək lazımdır .
Bundan əlavə , 1 noyabra dək " Bir ümman yenilik " kampaniyası çərçivəsində " Xoş Xəbər ", " Rəngarəng Zövqlər " (1 rejim, 1 rejim) və " Məqsədə Doğru " tarif planlarının istifadəçiləri GPRS paketindən istifadə edərkən 50 faizlik güzəşt əldə edəcəklər .
Azerfon BM-ə (Nar Mobile ticarət nişanı ) 30 dekabr 2005 ildə Rabitı və informasiya texnologiyaları nazirliyi tərəfindən Azərbaycan ərazisində GSM standartında mobil rabitə xidmətlərinin təşkili üçün lisenziya verilib . Kommersiya fəaliyyətinə şirkət 21 mart 2007 ildə başlaüıb .