...

Nobel mükafatı laureatı Azərbaycanın nanotexnologiylara keçidini proqnozlaşdırır

Telekommunikasiya Materials 4 Oktyabr 2007 17:19 (UTC +04:00)
Nobel mükafatı laureatı Azərbaycanın nanotexnologiylara keçidini proqnozlaşdırır

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Nobel mükafatı laureatı Jores Alferov yaxın bir neçə ildə Azərbaycanın mikroelektronikadan nanoelektronikanın tətbiqinə keçidini proqnozlahdırır.

"Rabitə Dünyası" (Rabitə Nazirliyinin rəsmi qəzeti) qəzetinə müsahibəsində Sankt-Peterburq Elmlər Akademiyasının vitse-prezidenti Alferov bildirib ki, nanotexnologiyanın əsasını, uzun illərdir ki, Azərbaycanda tətbiq olunan ənənəvi texnologiyalar təşkil edir.

Təhsil və bir neçə sahədə informasiya və kommunikasiya texnologiyaları geniş tətbiq olunur, Azərbaycanda nanotexnologiyalarla işləyən laboratoriya mövcuddur.

"Ümid edirəm ki, Azərbaycan və Rusiya alimləri bu sahədə ən yaxın gələcəkdə Qərblə ayaqlahşacaqlar",-deyə Alfrov söyləyib.

Nanotexnologiya - 100 nanometrdən çox ölçüdə olan obyektlərlə işləyən tətbiqi elm və texnika sahəsidir. (1 nanometr =9-10 metr).

Xəbər lenti

Xəbər lenti