...

"Azercell" beynəlxalq MMS rouminq əhatəsini genişləndirir

Telekommunikasiya Materials 24 Oktyabr 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın iri Mobil operatorlarıu olan "Azercell Telekom" BM MMS rouminq tərəfdaşlarının sayını artırmaqda davam edir. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə operator, Moldovanın "Moldcell"və Avstraliyanın"Telstra"mobil rabitə şirkəti ilə beşinci Beynəlxalq MMS xidmətini  istifadəyə verib. Abonentlərinə məsafə fərqini hiss etdirməmək üçün "Azercell Telekom" BM, 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib.

Xatırladaq ki, ölkəmizin aparıcı mobil operatoru, indiyə kimi 50 ölkənin 102 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Amma Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adıçəkilən xidmət isə "Azercell" abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir. Hazırda, "Azercell" abonentləri İsveçin "TeliaSonera", Gürcüstanın"Geocell'' və Türkiyənin "Turkcell" abonentləri ilə də MMS mübadiləsi aparmaq imkanına malikdirlər.

Xidmətlərini müştərirahatlığına yönəldən və "Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir" prinsipinə sadiq qalan "Azercell Telekom" BM, ilk dəfə ölkəmizə "MMS", "GPRS", "EDGE", "Simurq" kimi mobil rabitə xidmətlərini tətbiq edib. 2,8 milyondan çox abonent ailəsini özündə birləşdirən "Azercell", bundan sonra da informasiya-rabitə texnologiyalarının ən son nailiyyətləri ilə öz abonentlərini sevindirəcək.

Xəbər lenti

Xəbər lenti